Xəbər lenti
Reklam
Bu il Azərbaycandan Nobel mükafatına namizəd olacaq şəxslərin adları açıqlandı - ÖZƏL - FOTO

Alfred Nobelin vəsiyyəti əsasında baş tutan və 1901-ci ildən bəri keçirilən Nobel mükafatı kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilir.
6 nominasiyanın hər biri üzrə 3 nəfərə verilən bu mükafatın məbləği isə təxminən bir milyon dörd yüz min ABŞ dollarına bərabərdir. Hər il bir çox ölkə, o cümlədən Azərbaycan mükafatın nominasiyaları üzrə öz namizədlərini təqdim edir.
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov builki namizədlərlə bağlı Ölkə.Az-ın suallarını cavablandırıb.
O bildirib ki, bu il Azərbaycandan 4 nəfərin namizədləriyinin irəli sürülməsi nəzərdə tutulub:
"Bu il 4 nəfər namizədimiz var. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sülh mükafatı üzrə namizəd göstərilib. Tibb sahəsi üzrə namizədimiz professor Yaşar İbadovdur. Namizədlərdən biri Fizika üzrə namizəddir. Bu, yeni kadrdır. Nobel nizamnaməsinə əsasən İlk dəfə namizəd göstərilən şəxsin adı açıqlanmır. Biz onun adını yalnız 3-4 ildən sonra deyə bilərik, amma hələlik gizli saxlanılır. Kimya üzrə namizəd isə Adil Qəribovdur. Sənədlər demək olar ki, tam hazır deyil. 
Bir nəfər ədəbiyyat üzrəmüraciət edib, sənədlər hazırlanır. Hələlik adı açıqlanmasa da bu şəxs Viktor Hüqonun, Volterin islam dünyasında olan baxışlarına dair tədqiqatlar aparmış professordur".
B.Əsgərov A.Paşazadənin artıq bir neçə dəfədir ardıcıl sülh mükafatı üzrə namizəd göstərilməsinin səbəbini belə izah edib:
"Orada bir qayda var ki, namizədin adı 11-12 il təqdim oluna bilər. Məsələn, Orxan Pamuka Nobel mükafatını 11 ildən sonra vermişdilər. Yəni səlahiyyətli şəxs kimi bu adı gündəmdə saxlaya bilirik", - deyə o əlavə edib.

Billurə Yunus
Allahşükür Paşazadə



Yaşar İbadov



Adil Qəribov



Tarix: 08 may 2024
Baxış: 70

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş