Xəbər lenti
Reklam
Azərbaycanlı professor AÇIQLADI: "Pandemiya bitsə də, epidemik ocaqlar davam edir"

"Dünya Səhiyyə Təşkilatı (ÜST) rəsmən pandemiyanın bitdiyini elan edib. Amma, təəssüf olsun ki, "Omicron" ştammının mutasiya variantları hələ də davam edir. Yəni qlobal pandemiya bitsə də, epidemik ocaqlar hələ davam edir".
Gender.Az
bildirir ki, bunu Referans.Az-a açıqlamasında azərbaycanlı professor, həkim-cərrah Adil Qeybulla ölkədə koronavirusla bağlı vəziyyətdən danışarkən deyib.
Professor bildirib ki, bu gün Azərbaycanda da koronavirusdan ölüm halları davam edir:
"Vaksinlə bağlı cəmiyyətdə neqativ fikirlər yaranıb. Bu anti-vaksin təbliğatıdır. Əslində kororanvirus pandemiyası zamanı infeksiya zəncirini qıran, prosesi dayandıran elə vaksinasiya oldu. Vaksinasiya olmasaydı, epidemioloji vəziyyət bundan pis olardı. Sadəcə olaraq, koronavirusu ayaqüstə keçirən, vaksinasiya olunmayan insanların orqanizmində çox ciddi dəyişikliklər oldu. Bunu vaksinasiya ilə əlaqələndirmək düzgün deyil, sübuta yetirilməyib. Çox ciddi araşdırmalar gedir. Məsələn, mən özüm 4 dəfə vaksin olunmuşam. 2 dəfə "CoronaVac", 2 dəfə "Pfizer" vaksini vurdurmuşam".
Həkim vaksinlə bağlı təbliğata qoşulmadığını deyir:
"Bunun heç bir elmi əsası yoxdur. Ümumiyyətlə, bizim müşahidə etdiyimiz budur ki, koronavirus keçirən xəstələrdə onkoloji, autoimmun xəstəliklərin sayı xeyli artıb. Bəzi xəstəliklərin fəsadlaşması, ciddi ürək- damar problemləri meydana gəlib ki, burada da koronavirusun rolu olmamış deyil. Hazırda dünyada çox ciddi araşdırmalar gedir. Xəstəliklərə nəzarət və profilaktika mərkəzləri bunları araşdırır. Yəqin ki, yaxın vaxtlarda müəyyən nəticələr elan olunacaq. Düşünürəm ki, biz infeksiyanı mümkün qədər ayaqüstə keçirməməliyik. Xəstələndiyimiz təqdirdə, yataq rejimində olmalı, xəstəliyi lazımı məsləhətlərə qulaq asmaqla keçirsək, bu ağırlaşmalardan bizi qoruya bilər".


Şəlalə Babayeva  

Tarix: 09 may 2024
Baxış: 79

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş