Redaktor seçimi
    Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO
Xəbər lenti
Reklam
Ana doğuşdan iki gün sonra qəflətən ÖLDÜ

Gəncədə ana doğuşdan sonra ölüb.
Hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini, 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə aparılıb. O, qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.
Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, bu gün dünyasını dəyişib.
Körpənin vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, bu, qadının ikinci doğuşu olub. Ölümün baş vermə səbəbləri araşdırılır. \\Manşet.az

Tarix: 20 iyun 2022
Baxış: 589

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş