Xəbər lenti
Reklam
Mingəçevirdə zəncirvari yol qəzası: 4 gənc xəstəxanalıq oldu

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
Hadisə Heydər Əliyev prospektində - Bələdiyyə meydanında baş verib. Belə ki, “VAZ- 21011” və “KİA” markalı minik maşınlarının toqquşması nəticəsində avtomobillərdən biri “Honda” markalı maşına çırpılıb.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alanlar - 1997-ci il təvəllüdlü Orxan Səlimov, 1993-cü il təvəllüdlü Ruhan Elşən oğlu, 1999-cu il təvəllüdlü Samir Məmmədov və 1996-cı il təvəllüdlü Arzuman Rzayev xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. \\APA
 

Tarix: 03 iyul 2021
Baxış: 266

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş