Xəbər lenti
Reklam
Gəncədə zəncirvari qəza: yaralılar var - FOTO

Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində VAZ-21015, VAZ-2107, VAZ-21099, “Nissan” və “GAC” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində dörd nəfər – 1983 cü il təvəllüdlü Ramiz İsmayılov Zakirəddin oğlu, 1980 ci il təvəllüdlü Ramiz Qurbanov Nazim oğlu, 1985 ci il təvəllüdlü Çingiz Məmmədov Qabil oğlu və 1983-cü il təvəllüdlü Ramin İsmalıyov müxtəlif dərəcəli xəsarətləri alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyətləri orta ağır qiymətləndirilir.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı dəqiqləşdirilir. \\Konkret


 



Tarix: 28 may 2021
Baxış: 365

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş