Xəbər lenti
Reklam
Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
FHN-dən bildirilib ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək".\\Report
19:02
Abşeron rayonunda evdə partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.
Partlayışdan sonra yanğın başlayıb.
1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.
Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.\\Report



Tarix: 25 yanvar 2021
Baxış: 303

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş