Rusiya sülhməramlılarından Azərbaycana qarşı TƏXRİBAT
Qarabağda yerləşdirilən Rusiyalı sülhməramlıları Azərbaycana qarşı təxribata əl atıb.
Sülhməramli Qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, tarixin arxivinə göndərilmiş qondarma “Qarabağ respublikası”nın da bayrağı asılıb.
Xatırladaq ki, Rusiya sülhməramlı qüvvələri münaqişə bölgəsinə noyabrın 10-da Ermənistanın kapitulasiya aktını imzaladıqdan sonra daxil olub. Sülhməramlıların əsas missiyası atəşkəsin pozulmasının qarşısını almaq və yerli sakinlərə humanitar yardımın göstərilməsindən ibarətdir. /Modern.az
Tarix: 25 dekabr 2020
Baxış: 348
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş