Xəbər lenti
Reklam
Ucarda ağır qəza - Gəncə istiqamətində tıxac yarandı
 
Ucarda bir nəfərin ölümü, bir nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.
Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi “Hyundai” markalı minik maşını qoşqulu traktora çırpılıb. Nəticədə sərnişin – 1964-ci il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. “Hyundai”ın sürücüsü F.Səlimovisə xəsarət alıb.
Hadisə baş verən magistral yolun Gəncə istiqamətində tıxac yaranıb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır (apa).
Tarix: 19 noyabr 2020
Baxış: 357

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş