Xəbər lenti
Reklam
Teatrşünas-tənqidçi Anar Burcəliyev Kontakt Home” – da KARANTİN REJİMİNİN POZULMASINDAN YAZDI


"Gəncədə “Kontankt Home” – da karantin rejiminin tələbləri kobud surətdə pozulur və ƏDV çekləri verilmir"
 
Gender.az bildirir ki, bu sözləri Teatrşünas-tənqidçi Anar Burcəliyev öz şəxsi Facebook səhifəsində yazıb.
Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi, Nazirlər Kabineti yanında Operativ Qərərgah, “TƏBİB” və eləcə də Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə aydınlıq gətirməlidirlər.
Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilmiş, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilmişdir. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. Bu qaydalara isə Gəncə şəhərində fəaliyyət göstərən “Kontakt Home” mağazalar şəbəkəsində istehlakçıların bu hüququ necə aylardır ki, kobud surətdə pozulmaqla ƏDV çekləri vətəndaşlara verilmir. Hətta bu azmış kimi “Kontakt Home”-nin Gəncə şəhər, Həsən Əliyev 106 A ünvanında yerləşən ofisi qapalı məkan olmasına baxmayaraq karantin rejiminin tələbləri kobud sürətdə pozulmaqla maskadan heç bir işçisi istifadə etmir. “Maskadan istifadə edin” dedikdə isə ofisin əməkdaşı “özüm bilərəm, sənlik deyil. Sən istifadə et” – deməklə kifayətlənir. ƏDV çeki tələb edildikdə isə bildirilir ki, baş ofisin təlimatına uyğun olaraq ancaq mağazalar tam fəaliyyət göstərdikdə ƏDV çeki veriləcəkdir. Ancaq qanun isə bunu demir. Vətəndaş ödəniş edirsə artıq ƏDV çeki yerində təmin edilməlidir. Əgər ƏDV çeki mağazalar tam fəaliyyətə başladığı zaman ödəniləcəksə o zaman vətəndaşdan da ödəniş almasınlar. Elə ödənişləri də saxlasınlar tam mağazalar fəaliyyət göstərən zamana. Bunu edə bilərlərmi? Əsla yox!
Düşünürəm ki, Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi, Nazirlər Kabineti yanında Operativ Qərərgah, “TƏBİB” və eləcə də Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələlərlə ciddi şəkildə məşğul olmaqla vətəndaşların hüquqlarının bərpa olunmasını təmin etməklə “Kontakt Home” şəbəkəsini və əməkdaşlarının ölkənin qanunlarına ciddi şəkildə əməl etməsini təmin etməlidirlər.
Ölkə qanunları sadəcə olaraq sadə vətəndaş üçün deyil, hamı üçündür.
 
Tarix: 05 avqust 2020
Baxış: 462

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş