Xəbər lenti
Reklam
Qonşular Xırdalandakı dəhşət haqqında danışdılar: "Əl-qolunu bağlayıb binadan atıb" - VİDEO

Xırdalanda "Abşeron Gənclər Şəhərciyi"ndə bədbəxt hadisə baş verib.
Gender.Az xəbər verir ki, BAKU.TV-nin məlumatına görə, 22 yaşlı Hüseyn Kazımov həyat yoldaşı Ayşən Kazımovanın 8-ci mərtəbədən atıb. Qadın yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Hüseyn Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Yaşanan bədbəxt hadisə ilə bağıl Hüseynin və Ayşənin qonşuları danışıblar.
Onlar BAKU.TV-yə açıqlamalarında hadisənin qızıla görə baş verdiyini deyiblər:
"Həyat yoldaşını 8-ci mərtəbədən atıb. Bildiyimə görə hadisə qızıl üstündə olub. Kişi həyat yoldaşının əl-qolunu bağlayıb atıb binadan. Gəldik gördük ki, qız dəmirin üzərinə düşüb".
Ətraflı videoda:  


Tarix: 23 iyul 2024
Baxış: 84

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş