Xəbər lenti
Reklam
Futbolçular dənizdə boğuldu

Mövsüm ortası fasilə qısa səyahət üçün ən yaxşı vaxtdır. "İttihad Tanjer"in oyunçuları ötən şənbə günü belə düşünüblər.
Gender.Az lent.az-a istinadən bildirir ki, beş futbolçu lüks yaxta icarəyə götürmək qərarına gəlib. Tezliklə onlar Aralıq dənizinə çıxıblar.
Sahildən uzaqlaşan oyunçular şiddətli istilərin təsirlərini azaltmaq qərarına gəliblər. Belə ki, onlar yaxtadan ayrılaraq dənizdə çimməyə gediblər.
Lakin külək və güclü cərəyan səbəbindən gəmi bir neçə kilometr uzağa aparılıb. Əylənmək ilə məşğul olan idmançılar bu faktı görməyiblər.
Futbolçular böyük təhlükə altında qalıb. Onlardan üçünü dəniz jandarma patrulu aşkarlayıb.
Lakin iki futbolçunu tapmaq mümkün olmayıb. Onlar itkin düşmüş hesab olunurlar.
24 yaşlı Abdellatif Ahrif və 18 yaşlı Salman Harrak xilasedici jilet geyinməyiblər. Onların özbaşına sahilə çatması şübhəlidir.
Mərakeş mediası ziddiyyətli məlumatlar verir. Onların syazdığına görə, Ahrifin meyiti artıq tapılıb.

Tarix: 08 iyul 2024
Baxış: 79

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş