Xəbər lenti
Reklam
Azərbaycanda iş adamı HƏBS EDİLDİ

Bakıda quru meyvə ticarəti ilə məşğul olan iş adamı Elman Ağasıyev həbs edilib.
Gender.Az bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Qəbələ rayon sakini olan E.Ağasıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Dörd nəfər ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Onlar E.Ağasıyev tərəfindən aldadılaraq müvafiq olaraq 10 000, 85 850, 132 000 və 18 000 manat vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyini bildiriblər.
Quru meyvə alqı-satqısı ilə bağlı tərəflər arasında narazılıq yaranıb və külli miqdarda borcun olması müəyyən edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin 20.06.2024-cü il tarixli hökmü ilə iş adamı 6 il müddətinə həbs cəzasına məhkum edilib.

Tarix: 24 iyun 2024
Baxış: 65

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş