Xəbər lenti
Reklam
“Azenko”nun direktoru yol qəzasında öldü - VİDEO

Abşeron rayonunun Qobustan kəndi ərazisində “Nissan” markalı minik avtomobili yol kənarına aşıb.
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
APA-nın məlumatına görə, həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov “Azenko” MMC-nin direktorudur.
Faktla bağlı araşdırma aparılır. \\HİT

 
Tarix: 28 iyul 2020
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş