Xəbər lenti
Reklam
15 yaşlı oğlunun öldürdüyü Qəhrəman həbsdən yeni çıxıbmış - YENİ DETAL

Balakəndəki qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Gender.Az APA-ya istinadən xəbər verir ki, Balakən şəhər sakini, 48 yaşlı Qəhrəman İlyas oğlu Bayramovun meyiti İsaxlıgirmə yaşayış məntəqəsinin yaxınlığındakı çaydan tapılıb.
Q. Bayramovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiz və Potoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Əldə olunan məlumata əsasən Q. Bayramov cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb.
O, bir-neçə gün əvvəl həbsxanadan azadlığa çıxıb.
Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Tarix: 23 dekabr 2023
Baxış: 114

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş