Xəbər lenti
Reklam
Bakıda itkin düşən reperin meyiti tapıldı

Bir ay əvvəl itkin düşən 28 yaşlı oğlanın meyiti tapılıb.
Gender.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya onun yaxınları bildirib.
İtkin İbrahim Nəzərlinin cansız bədəni Suraxı rayonu, Qum adası ərazisində dənizdə aşkar edilib.
Gəncin ölüm səbəbi ekspertizadan sonra bilinəcək. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, İ.Nəzərli noyabr ayının 9-u, 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.
Mərhum gənc reper olub.

Tarix: 22 dekabr 2023
Baxış: 97

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş