Xəbər lenti
Reklam
Ermənilər səfirliyimizə hücum etdi - Yaralananlar var - FOTO

Livanda ötən gün baş verən erməni təxribatı nəticəsində 25 yerli polis xəsarət alıb.
Gender.Az report-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyiməlumat yayıb.
Məlumata görə, sentyabrın 28-də Livanın paytaxtı Beyrutda Azərbaycan səfirliyi qarşısında bir qrup erməniəsilli şəxs təxribata cəhd göstərib.
Livanın Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri təxribatın qarşısını alaraq onların səfirliyə yürüşünə mane olub. Səfirliyin yerləşdiyi küçədə təhlükəsizlik qüvvələri barrikada quraraq izdihamın hərəkətinə imkan verməyib. Polis nümayişçilərin barrikadadan keçməsinə mane olduqda, etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər.
Zorakılıq və dağıdıcı hərəkətlərin olduğu nümayiş zamanı erməniəsilli şəxslər təhlükəsizlik qüvvələrinə daş, çubuq, şüşə butulka və tərkibində rəngli boyalar olan əşyalar atıblar.


Tarix: 30 sentyabr 2023
Baxış: 193

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş