Xəbər lenti
Reklam
Məşhur aktyor qəzada vəfat etdi

"Bir zamanlar Amerikada" filminin ulduzu Trit Uilyams motosiklet qəzasına düşüb.
Gender.Az axşam.az-a istinadən bildirir ki, 71 yaşlı aktyor hadisə nəticəsində dünyasını dəyişib. 
Hadisə ilə bağlı rəsmi məlumatlara görə, qəza iyunun 12-də saat 17:00 radələrində Amerikanın Vermont ştatının Dorset kəndi yaxınlığında baş verib. Motosikleti Uilyams idarə edib. Bildirilib ki, avtomobildə sükan arxasında əyləşən sürücü dönmə manevri edərkən motosikleti görməyib. Qəza nəticəsində Uilyams yaralanıb.
Vertolyotla Nyu-Yorkdakı xəstəxanaya çatdırılsa da, aktyorun həyatını aldığı xəsarətlər səbəbindən xilas etmək mümkün olmayıb.

Tarix: 13 iyun 2023
Baxış: 153

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş