Xəbər lenti
Reklam
"Aşıq Ələsgərin məzarı ermənilər tərəfindən dağıdılıb" - Deputat

Aşıq Ələsgərin Göyçədəki məzarı da erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib.
Gender.Az xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
“Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin tarixi-mədəni irsimizə qarşı törətdiyi bu kimi vandalizm halları barədə, eyni zamanda, öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlara, o cümlədən UNCESO-ya müraciətlər ünvanlayıb”, - deputat vurğulayıb. \\APA

Tarix: 12 iyun 2023
Baxış: 162

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş