Xəbər lenti
Reklam
Yeni doğulan körpələri xaricə satan Nərgiz saxlanıldı

Rusiyanın Naro-Fominsk şəhərində qadın saxlanılıb.
Gender.az yerli KİV-ə istinadla bildirir ki, o, rusiyalı uşaqları xaricə satmaqda şübhəli bilinir.
Məlumata əsasən, saxlanılan 46 yaşlı Naro-Fominsk sakini Nərgiz Həmidovadır. Qadın “Sweetchild” surroqat ana firmasında menecer işləyib.
2020-ci ildə Moskvadakı mənzillərin birində satış üçün xaricə göndəriləcək beş körpə tapılıb. “Sweetchild” əməkdaşları əmin ediblər ki, uşaqlar IVF-nin köməyi ilə dünyaya gəliblər, onların bioloji valideynləri isə əcnəbidir. Lakin şirkətdə bu məlumatı təsdiqləyən sənədlər olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin rusiyalı uşaqların xaricə satışında əli olduğunu müəyyən edirlər. Bundan əlavə, artıq satılan körpələrin dəqiq sayı da müəyyənləşir. \\Gundem.Az

Tarix: 25 mart 2023
Baxış: 197

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş