Redaktor seçimi
    "Ermənistan öhdəlikləri yerinə yetirmir" - Ceyhun Bayramov
Xəbər lenti
Reklam
Doğmaları ilə vidalaşıb döyüş meydanına atılan qadın – “Cəbhənin kraliçası” KİMDİR? – FOTOLAR


Ukrayna müharibəsi aylardır ordu ilə birlikdə cəbhə xəttində olan 35 yaşlı qadının gözü ilə…

Dünya 2012-ci ildə Ukrayna gözəllik kraliçası və “Miss World” finalçısı olmuş Yevgeniya Prokopenkodan danışır. Ölkəsində aylarla davam edən müharibəyə biganə qalmayan keçmiş gözəllik kraliçası parlaq həyatından ayrılaraq ordu sıralarına yollanıb.
Gender.Az Britaniyanın “Daily Star” qəzetinə istinadən xəbər verir ki, 35 yaşlı Yevgeniya 6 ay əvvəl ailəsi və yaxınları ilə vidalaşaraq Rusiya qüvvələrinə qarşı döyüşən ukraynalı əsgərlərə kömək etmək üçün tibb bacısı kimi səngərlərə gedib.
GÜCLÜ VƏ ÖZGÜVƏNLİ UKRAYNA QADINI
Qəzetin suallarını cavablandıran Yevgeniya son 6 ayda iki əks həyat yaşadığının deyib:
“Mən gündəlik həyatda tamam başqa şeylərlə məşğul olurdum. Mənim şəxsi işim var idi, burada “formam” dikdaban ayaqqabı və iş kostyumu idi. Müharibədə isə hərbi geyim, hərbi papaq…”
Qəzet yazır ki, Yevgeniyanın silah yoldaşları bu yaxınlarda açar şəhər olan İzyumu rus qoşunlarından geri alıblar.
Bu gün yaşadığı şeyləri 6 ay əvvəl heç ağlına gətirmədiyini vurğulayan 35 yaşlı qadın cəbhədə tibb bacısı kimi fəaliyyət göstərdiyini deyib:
“Yaralıları döyüş meydanlarından çıxarıram. Onlara ilkin tibbi yardım göstərirəm”.
Ukraynalı qadınların güclü olduqlarını göstərmək istədiyini vurğulayan Yevgeniya ön cəbhəyə getməkdən çəkinmədiyini bildirib.
Rus dilində səlis danışa bilən keçmiş gözəllik kraliçası sonda deyib ki, Rusiya ordusu ilə, Putinlə danışmaq yox, hərəkət etmək lazımdır.
UKRAYNA VƏ RUSİYANIN İTKİLƏRİ
Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı müharibədə həlak olan əsgərlərin sayını açıqlayıb. Zalujnı bəyan edib ki, fevralın 24-dən bugünədək təxminən 9000 Ukrayna əsgəri həlak olub.
Qeyd edək ki, Ukrayna bundan əvvəl hərbi itkilərin fövqəladə vəziyyətin sonuna qədər dövlət sirri olaraq qalacağını bəyan etmişdi.
Rusiya isə aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib.
Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu göstərilib. O vaxtdan bəri bu məlumat yenilənməyib.
Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 480-ə çatıb. \\Musavat.com
Tarix: 19 sentyabr 2022
Baxış: 560

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}