Redaktor seçimi
    "Ermənistan öhdəlikləri yerinə yetirmir" - Ceyhun Bayramov
Xəbər lenti
Reklam
Tanınmış azərbaycanlı gənc cinsiyyətini dəyişdi: Ən böyük xəyalım qalstuk taxmaq idi - FOTOLAR

AZXEBER.COM-un müsahibi cinsiyyətini dəyişən Azad Qasımovdur. O bir neçə ilə öncəyə qədər ictimai fəaliyyətlə məşğul olub və məşhur QHT-lərdən birinin üzvü olub. Adı Nigar olan xanım daha sonra Azərbaycandan köçüb və xarici ölkələrin birində cinsiyyətini dəyişib. Hazırda Türkiyədə yaşayan Azad çox xoşbəxt olduğunu deyir.

Azad Qasımın müsahibəsini təqdim edirik:

- İlk olaraq özünüz haqda məlumat verərdiniz.

- Adım Azad (Özgür) Qasımovdur. Artıq Türkiyə vətəndaşı olduğum üçün özümə azadlığı təmsil edən iki adı vermişəm bunlar Azad və Özgür adlarıdır. 26 yaşım var. Amma Özgür olaraq 4 yaşındayam. (gülür)

- Cinsiyyətini dəyişənlər bunu müxtəlif səbəblərlə izah edirlər. Bəs siz niyə qadın olmaq istəmədiniz?

- Bilirsiniz necədir, mən əvvəlki halımla olarkən, yəni Nigar olduğum zamanlarda hər zaman iş, kariyera düşünən biri idim. İndiki bəzi yeniyetmələr kimi eşq, məhəbbət heç bilmirdim necə olur. Oğlan kimi böyümüşdüm. Amma saçımı kəsə bilməzdim. Oğlan geyimləri geyinə bilməzdim. Çünki həm ailəmi düşünürdüm, həm də ictimai sektorda fəal gənc idim. Bunu etməyim doğru olmazdı. Amma nə yalan deyim ən böyük xəyalım qalstuk taxmaq idi. (gülür).

Allah hər insanı mükəmməl yaradır. Qadın isə bu yaradılışlardan ən mükəmməlidir. Qadın gələcəyin təməlini qoyan varlıqdır. O, həm ağıllı, həm savadlı, həm tərbiyəli olmalıdır ki, gələcək nəsli də düzgün tərbiyə edə bilsin. Bu əslində böyük məsuliyyətdir.

Tanınmış azərbaycanlı gənc cinsiyyətini dəyişdi: Ən böyük xəyalım qalstuk taxmaq idi - FOTOLAR


- Ailənizə, yaxınlarınıza kişi olmaq istəyinizi necə açıqladınız? Onlar bunu necə qəbul etdi?

- Bu hislərimi ailəm daxil kimsə bilmirdi. Qaçdım. Azad olmaq üçün evimi, ailəmi, işimi-gücümü atıb qaçdım. Etdiyim əməldən peşman deyiləm, yenə olsa yenə də edərəm.

- Yəqin ki, özünüzdə hər hansısa kişi halları gördüyünüzçün cinsiyyətinizi dəyişmək istədiniz. Özünüzdə bu dəyişikliyi necə hiss etdiniz, nə vaxt kəşf etdiniz ki siz özünüzü kişi kimi hiss edirsiz?

- İlk dəfə sevginin nə olduğunu anlayanda 19 yaşında idim. Və qarşı tərəf bir qadın idi. O gün anladım ki, sevmək kişiyə, sevilmək isə qadına yaraşır.

Mən sevilmək deyil, sevmək istədim. Sevdim də. Peşman da deyiləm. Sevərkən özümü 1-ci sinifdə hiss etmiş kimi oldum. Rəsmxətt müəlliməm var idi. Ona aşiq olmuşdum. Sevmək yox ha, aşiq olmaq, bəyənmək. Bayılırdım ona. (gülümsəyir)

- Dostlarınızla hazırki münasibətiniz necədir? Məsələn əvvəl qız dostlarınız olubsa, onlarla hələ də münasibət var?

- Dostum yox idi. Olmayıb, indi də yoxdur. Dostum içimdəki səsdir hər zaman. Və inanın, bu ən güvənilir dost odur. Cinsiyyət dəyişəndə mənə kimsə dəstək olmadı. Tək başına mübarizə apardım və qalib mən oldum.

- Azərbaycanda LGBT-yə münasibət birmənalı deyil. Sizcə buna səbəb nədir?

- Azərbaycanda LGBT-yə münasibət pisdir. Bilirəm, bu gün bu yazının da altına mənim üçün nələr-nələr yazacaqlar. Mən insanları qınamıram. Gördükləri geylərin bir çoxu sosial mediada fahişəliyi təbliğ edir. Lezbiyanlar da sağlıqsız həyat tərzini nümayiş etdirib, bunu kişilik zənn edərək qürurlanırlar. Bu həyatları görən kimsə təbii ki "vau” deməz. Hətta iyrənər. Mən oğlan oldum. Öz vətənimdə insanları narahat etmədim.

Madam ki, bunu etsəm məndən nifrət edəcəklər dedim öz özümə, o zaman qoy nə onlar məni görüb rahatsız olsunlar, nə də məni incitsinlər. Siz rahat, mən rahat. Mən heç bir gəncə pis örnək olmaq da istəmirəm. Öz bədənlərindən məmnun deyillərsə, bəri başdan bunu psixoloq dəstəyi ilə müəyyən etsinlər.

Qadın olmaq böyük dodaqla abırsız olmaq demək deyil. Kişi olmaq da patı çəkib "qaqa” olmaq demək deyil. Nə olursan ol, insan ol.

- Son olaraq nə demək istərdiniz...

- Sizə fəaliyyətinizdə bol uğur arzu edirəm. Məni 10-12 yaşımdan bəri tanıyırsınız. Sizin sayta dərin hörmətim var. Və sizdən cinsiyyətimi dəyişəndən sonra belə bu münasibəti gördüyüm üçün çox təşəkkür edirəm.

Tarix: 04 iyul 2022
Baxış: 4 056

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}