Xəbər lenti
Reklam
Azərbaycan çempionu: Ən güclü qadın şahmatçı olduğumu hələ sübut etməmişəm

Azərbaycanın ən güclü qadın şahmatçısı olduğumu hələ sübut etməmişəm.
Bunu qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Gənc şahmatçı milli üzvlərinin yarışda iştirak etməmələrinə üzüldüyünü söyləyib: “Sevincimə mane olan məqam Azərbaycan yığmasının şahmatçılarının çempionatda iştirak etməmələri oldu. Yığma üzvlərinin hamısı ilə qarşılaşmaq istərdim. Çempionatdakı rəqiblərim də güclü şahmatçılar idi”.
A.Allahverdiyeva formada olmadığı üçün Azərbaycan çempionatına qatılmağa uzun müddət tərəddüd etdiyini gizlətməyib: “Özümü yaxşı formada hiss etmirdim. Buna görə çempionatda iştirak etmək istəmirdim. Yarışa qatılmağı son anda qərara aldım. Bu üzdən çox çətin alındı”.
Şahmatçı apreldə təşkil olunacaq Avropa çempionatında uğurlu çıxış etmək arzusundadır: “Hazırlaşmağa vaxtım var. Orada hədəfim əlimdən gələnin ən yaxşısını etmək olacaq. Bunun üçün maksimum gücümlə turnirə hazırlaşacağam”.
Azərbaycan çempionu gələcəklə bağlı ən böyük hədəflərini də açıqlayıb: “Hədəfim tez bir zamanda Azərbaycan millisinə düşməkdir. Məncə, 1-2 il ərzində bunu reallaşdıra biləcəyəm. Ən böyük məqsədim isə qrossmeyster olmaqdır”.
Qeyd edək ki, Ayan Allahverdiyeva 7 turdan ibarət Azərbaycan çempionatında 5,5 xalla birinci yeri tutub. \\Report.Az

Tarix: 19 fevral 2024
Baxış: 193

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş