Xəbər lenti
Reklam
İslam dinində halal və haram məhsullar

Qurani Kərimdə haram və halal mövzusunda bir neçə qadağalar var.Bu qadağalar Hz. Peyğəmbərin (s) söylədikləri ilə dahada geniş bir hal almışdır.Halal və haram anlayışı Qurani Kərimdə açıq və detallı şəkildə anlatılmışdır.Bir çox ayələr var ki Allah insanlara Peyğəmbər (s) vasitəsilə səslənərək ,halal , sağlam,təmiz olan qidaları istehlak etmələrini və pis, zərərli,bədəni zəhərləyən, orqanizmi alt üst edən , bir sözlə haram olan hər şeydən uzaq olmalarını, istehlak etməmələrini əmr etmişdir. Bunun üçün ayə örnəkləri və məhdudiyyətlər haqqında ayələrdən sitat gətirmək istərdim.
Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir. (Bəqərə surəsi 168 ci ayə)
O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir! (Bəqərə surəsi 173 cü ayə)
Quran’i Kərimdə halal və ya haram olunmuş qidalarla bağlı ayələr çoxdur. Gəlin indi baxaq görək bizə zərər olan hansı heyvan mənşəli qidalar, bitki mənşəli qidalar, qatqı maddələri və içkilər zərərlidir.


1.Heyvan mənşəli qidarlarda : Donuz ,it, meymun,aslan,pələng, ayı bu kimi bənzər heyvanlar,pəncə və yırtıcı dişlərə sahib olan ət yeyən heyvanlar (Cornivore). Qartal,kərkəs buna bənzər yırtıcı quşlar. Siçan,əqrəb bənzəri həşəratlar, qurbağa, timsah kimi quruda və suda yaşayan heyvanlar. Qatır, uzunqulaq, bütün zəhərli və təhlükəli suda quruda yaşayan heyvanlar. Tərkibində zərərli,kimyəvi qatqısı olan emal olunmuş ət məhsulları. Leş heyvan və islam qaydalarına görə (antisanitar vəziyyətdə kəsilən) kəsilməyən heyvanlar və.s
2.Bitki mənşəli qidalarda : zəhərli bitkilər ,insana sərxoşluq verən bitkilər,orqanik olmayan və sağlamlığa zərər verən geni modifikasiya olunmuş və hibrid məhsullar.
3.Gida qatqı maddələri : Qatqı maddələrindəki əlavələrdə yuxarıda qadağan olunmuş qidalardan (donuz sümüyü,ilik,dəri,qan,kimyəvi və zərərli qatqı maddələri, həşərat,heyvan və insan tükü və.s) istifadə olunmamalıdır.
4. İçkilərdə : alkaqollu içkilər, sərxoşluq verən içkilər, heç bir qida dəyəri olmayıb orqanizmə zərərli olan içkilər və.s.
İslam Terminologiyasında İstihalə nədir?
İşlam şəriətində nəcis (napak) bir şeyin 10 pak olma üsulu vardır. Bunlardan su ilə yumaqı və ya nəcis bir şeyin özünü aradan aparmağı misal çəkmək olar.
İstihalə də bu növ 10 paklanma yollarından biridir. İstihalə sözünün lüəğti mənası halını dəyişmək, yaxud haldan-hala düşmək mənasındadır.
Şəriətdə isə nəcis (napak) bir şeyin öz təbiətini dəyişərək paklanmasına deyilir. Məsələn: Nəcis (napak) olmuş bir su buxarlanaraq öz təbiətini dəyişir və buxara çevrilir. Bu çevrilmədən sonra həmin nəcis suyun buxarı artıq pak olur.
Yaxud nəcis (napak) olmuş bir ağac yanaraq kül olur. Baxmayaraq ağac nəcis idi. Yanıb kül olduqdan sonra yerdə qalan kül pak olur.
Yaxud şərab kimi nəcis (napak) bir içki qalaraq öz-özünə, yaxud hər hansı vasitələrlə sirkəyə çevrilirsə, artıq sirkə olduğu üçün pakdır.
Yaxud Nəcis bir yağdan sabun hazırlanması və.s.

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov

Mənbə: Qidaelmi.az

Tarix: 12 iyul 2022
Baxış: 401

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş