Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Diabet dərmanı qan xərçəngi riskini azalda bilər

Danimarkadakı Orhus Universiteti Xəstəxanasından bir qrup elm adamı metformin (diabet dərmanı) qəbul edən insanların zamanla qan xərçənginə tutulma ehtimalının daha az olduğunu müəyyən edib. 
Araşdırmanın nəticələri "Blood Advances" jurnalında dərc olunub.
Tədqiqatda qan şəkərini azaltmaq üçün metmorfin qəbul edən 19 000-dən çox sağlam könüllü və diabetli insanların məlumatlarından istifadə edilib. Subyektlərin müşahidəsi dövründə (2010-cu ildən 2018-ci ilə qədər) miyeloproliferativ yenitörəmələrin inkişafının 3816 yeni halı qeydə alınıb. Bu, sümük iliyində həddindən artıq qırmızı qan hüceyrələrinin, ağ qan hüceyrələrinin və ya trombositlərin istehsal edildiyi nadir qan xərçəngləri qrupudur. Qan hüceyrələrinin həddindən artıq istehsalı insult və ya infarkt riskinin artmasına, həmçinin daxili orqanların zədələnməsinə səbəb ola bilər.
Tədqiqatçılar müəyyən ediblər ki, metmorfinin qəbulu diabetli insanlarda bütün növ miyeloproliferativ neoplazmaların inkişaf riskini azaldır. Ən aydın təsir dərmanı beş ildən çox qəbul edən insanlarda müşahidə edilib.
İndi alimlər metmorfinin bu cür qoruyucu xüsusiyyətlərinin nədən qaynaqlandığını müəyyən edə bilmirlər. Onlar dərmanın kəskin miyeloid leykemiya kimi digər qan xərçəngi növlərinin inkişaf ehtimalına hər hansı təsirinin olub-olmadığını öyrənmək üçün tədqiqatları davam etdirməyi planlaşdırırlar. \\Qaynarinfo.Az

Tarix: 18 may 2024
Baxış: 86

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş