Xəbər lenti
Reklam
İnsan doğrudanmı öz valideynlərinə oxşar sevgili seçir?
 
Özümüzə yar seçərkən ailə bağları bizə necə təsir edir?Mənim ərim alkoqolikdir, elə mənim atam kimi” – Anonim
"Mənim anam güclü və sərt qadın idi, ona görə də mən güclü və sərt qadınlara meyl edirəm” – Anonim
Oğlan dostumda mənim atamda olan həm xarizma və yaradıcılıq, həm də məsuliyyətsizlik var” – Anonim.
Sən indiyə qədər fikir vermisənmi ki, bir adam özünün atasına, yaxud anasına oxşayan adamlarla görüşür və ya evlənir. Sən özünün sevgi münasibətlərində belə bir təcrübə yaşamısanmı?
Nəyə görə bəzi insanlar öz valideynlərinə bənzəyən adamlarla görüşürlər, onlarla evlənirlər? Bu sualın cavabı mürəkkəb olsa da, aşağıda buna səbəb olan mümkün faktorlar göstərilib. Bu yazı mənim “Uzunmüddətli uğurlu münasibətin 7 açarı və ayrılığın öhdəsindən necə gəlmək olar: Sağalmaq və yenidən xoşbəxt olmaq yolları” kitabımdan götürülüb.
Tədqiqatçı və psixoloq Con Qottmana görə, özünə partnyor seçmək və kiminsə tərəfindən cəzb olunmaq ya harmonallıqdan, ya da ailə bağlarından irəli gələ bilər. Bu nəzəriyyəyə görə, biz 18 aylıq olandan sonra sevgi ehtiyacımızı təmin etmək üçün psixoloji olaraq valideynimizin şəxsiyyət tipinə uyğun gələn şəxslərə meyillənirik. Bu fenomen müxtəlif faktorların qarışığının nəticəsidir, ola bilsin, buna ən çox sevgini (yaxud sevgisizliyi), məhrəmliyi və təhlükəsizliyi valideynlərimizdən, yaxud qəyyumlarımızdan necə almağımız təsir edir.
Ailə bağları həm də fərdin münasibətdəki bağlılıq meyillərinə təsir göstərə bilər. Bartolemou, Horovitz və digərlərinin tədqiqatlarına əsasən münasibətdə 4 cür bağlılıq növü mövcuddur: təhlükəsiz bağlılıq (stabil məhəbbət), təşvişli-narahat bağlılıq (qeyri-stabil məhəbbət), vecsiz-diqqətsiz bağlılıq (mövcud olmayan və ya məsafəli sevgi) və qorxulu-diqqətsiz bağlılıq (qorxulu və ya ağrılı sevgi). Hər bir bağlılıq növünün əsas xüsusiyyətlərini təqdim edirik:
1. Təhlükəsiz bağlılıq növü (stabil sevgi)
Güclü, təhlükəsiz bağlılıq növü olan fərdlər müntəzəm olaraq aşağıdakı davranışları sərgiləyirlər:
Münasibətdə sağlam davranışlar sərgiləməyə və qəbul etməyə qadirdirlər. Lazım olanda sağlam, münasib və məntiqli sərhədlər qoya bilirlər. Həm çevrə içində, həm də tək olarkən özlərini təhlükəsizlikdə hiss edirlər. Münasibətlərdə və şəxsi əlaqələrdə üstün dərketməyə malik olmağa meyillidirlər. Hansısa addımlar atarkən çıxan mürəkkəb çətinliklərlə başa çıxacaqları ehtimalı böyükdür.
2. Təşvişli-narahat bağlılıq növü (qeyri-stabil məhəbbət)
Təşvişli-narahat bağlılıq növü olan fərdlər ən azından aşağıdakı davranışları mütamadi olaraq göstərirlər.
Münasibətlərdə daha əsəbidirlər və özlərini təhlükəsizlikdə hiss etməməyə meyillidirlər. Münasibətlərdə möhtac olmaq, sahiblənmək, qısqanclıq, nəzarət, ovqat dəyişiklikləri, mübtəlalıq və s. kimi stressorlara malik olmağa meyillidirlər. Daim sevgi tələb edirlər və özlərini təhlükəsizlikdə və qəbullanmış kimi görmək istəyirlər. Kampaniyadan kənarda olmağı xoşlamırlar, tək qalanda əziyyət çəkirlər. Çalxantılı münasibətlər tarixçəsinə malikdirlər.
3. Vecsiz-diqqətsiz bağlılıq növü (sevginin olmaması və ya məsafəli sevgi)
Vecsiz-diqqətsiz növü olan fərdlər bir qayda olaraq aşağıdakı davranış xüsusiyyətlərini göstərirlər:
Belələri xeyli özbaşına və özünəyetən adamlardır. Hərəkət və emosionalarında azaddırlar. Həqiqi məhrəmlikdən qaçırlar, bu onları həssas və emosional öhdəçiliklərə vadar edir. Fiziki və mənəvi azadlıq arzu edirlər. Həyatdakı digər prioritetləri adətən şəxsi münasibətlərdən üstün tuturlar. Özlərini nəyəsə həsr edə bilərlər.
4. Qorxulu-diqqətsiz sevgi növü (qorxulu və ya ağrılı sevgi).
Qorxulu-diqqətsiz sevgi növü olan fərdlər adətən belə davranırlar:
Adətən kədər, tərkediş, yaxud istismar kimi hədsiz mürəkkəb həyat təcrübələri ilə asossiasiya olunurlar. Məhrəmliyi arzulayır, eyni zamanda buna müqavimət göstərirlər. Daxili münaqişədədirlər. Özünəinamsızlıqdan və başqalarına etibar etməməkdən əziyyət çəkirlər. Sevgi və məhrəmlik anlarında fiziki və mənəvi tənəzzül hiss edirlər. Təşvişli-narahat bağlılıq növündə olanlar kimi münasibətlərdə əsəbilik və qeyri-təhlükəsizlik hiss edirlər. Vecsiz-diqqətsiz növündə olanlar kimi özlərini nəyəsə həsr edə bilərlər.
Bir çox insanlarda bu dörd bağlılıq növünün müxtəlif səviyyələri özünü göstərir və bunlar zaman ərzində təkamül edir.
Ailə bağlarına oxşar olaraq biz erkən yaşlardan həyatımızdakı valideyn bağlılığındakı dominant formaları əxz edə bilərik. Bu psixoloji və sosial şərtlər sonradan qarşı cinsdən adam seçərkən və cəzb olunarkən təhtəlşüurda müəyyən rol oynaya bilər.
Ailə bağları və bağlılıq nəzəriyyəsi bəzi insanların partnyor seçərkən niyə valideynlərin hansısa bir xasiyyətini əsas tutduğunu ən azından müəyyən qədər izah edə bilər. Heç bir valideyn də qüsursuz olmadığından kiminsə bağlılıq növü adətən arzuolunan davranışların kombinasiyasından ibarət olur.
Neqativ və problemli ailə bağları və bağlılıq, cəzbedici və sağlam münasibətlər qurmağa transormasiya oluna bilərmi? Bu əlbəttə, mümkündür. Özfərqindəlik, öyrənməyə və böyüməyə olan güclü həvəs və peşəkar kömək almaq cəsarəti həyatda uğur qazanmaq üçün ən vacib məsələlərdir. Neqativ ailə bağları meylini və bağlılıq növünü qıraraq sağlam, təhlükəsiz və həqiqi sevgi münasibətləri qura bilən kəslər bunu uzunmüddətli edə bilərlər.\\Bilge.az
Tarix: 16 aprel 2019
Baxış: 556

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş