Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Yeniyetmə qızlar niyə evdən QAÇIR? - Valideyinlər DİQQƏTLİ OLSUN!

Son günlər tez-tez azyaşlıların, xüsusilə də qızların evdən qaçdıqlarına dair məlumatlar oxuyuruq. Aralarında isə yetkinlik yaşına çatmayanlar, 18 yaşı tamam olan uşaqlar və qızlar da var. Bu gün sığınacaqlara müraciət edən qızların sayı çoxdur. Böyük əksəriyyətinin bu addımı atmasına səbəb isə ailədaxili şiddət, məhdudiyyətlərin qoyulması, sərbəstliyin olmamasıdır. Yetkinlik yaşına çatmayan qızların evdən qaçması, itkin düşməsi kimi hallar artıq xəbər statusundan çıxaraq statistikaya çevrilib.

Bəs onlar nə üçün ən təhlükəsiz məkanı, yəni evlərini tərk edirlər? Və ya onları buna sövq edən əsas səbəblər hansılardır? Valideyn-övlad münasibətləri hansı səviyyədə qorunmalıdır ki, bu, uşaqlarda psixoloji problemlərə çevrilməsin, onları evdən qaçaraq “sərbəstlik” axtarışına sövq etməsin?

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Referans.Az-a açıqlamasında bildirib ki, hazırkı dövrdə sanki valideyinlərlə uşaqları arasında bir növ aqressiya yaranıb:

“Sanki psixoloji alyansın qırıqlığı yaranıb. Nə uşaqlar böyükləri dinləyə bilir, nə də böyüklər uşaqları. Ümumiyyətlə, uşağa dinləmə qabiliyyətini böyüklər öyrətməlidir. Yeniyetməlik dövründə uşaqlarda psixoloji alyans pozulması daha açıq şəkildə özünü göstərir. Hər bir yeniyetmənin hər hansı bir travması və ya aqressiyası varsa, bu təməl artıq uşağın 8 yaşına qədər olan dövrdə ortaya çıxır. Uşağın xarakterinin bərpası dövrü, yəni 8 yaşına qədər olan dövrdə, onun xarakteri necə formalaşıbsa, o, yeniyetməlikdə özünü daha qabarıq şəkildə göstərir. Hər bir uşağın xarakterinin formalaşmasında, əsasən də qız uşaqlarının  onun ətrafındakı insanların da rolu böyükdür.”.

Psixoloq əlavə edib ki, valideyinlər öz övladlarına sosial şəbəkələrə girməmək kimi bir məhdudiyyət qoymasına ehtiyac yoxdur, sadəcə onlara nəzarət etməlidirlər. Valideyinlər öz övladlarını tanımalıdır. Onlarla daim ünsiyyətdə olmaqa çalışmalıdır.

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, qızların evdən qaçmasının bir neçə səbəbi var:

“Bunlardan ən əsası ailədəki münasibətdən asılıdır. Valideyinlərlə öz uşaqları arasında, xüsusilə də qız uşaqları arasında lazım olan münasibətlərin yaranan bilməməsidir. İkinci səbəb sosial şəbəkələrdir. Biz sosial şəbəkələrdən istifadə etmək mədəniyyəti haqqında düşünmürük. Digər bir səbəb isə qızların bir qismində tibdən asılı olaraq psixoloji sadəlövhlük hissi var. Bunların hər biri qızların evdən getməyinə səbəb olur”.

Sosioloq qeyd edib ki, valideyinlər öz uşaqları ilə mehriban münasibətdə olmalıdır. Onun sözlərinə görə, hazırkı mürəkkəb cəmiyyətdə valideyin çalışmalıdır ki, öz uşaqları ilə dost münasibətdə olsunlar, xüsusilə analarla qızlar arasında çox mehriban, rəfiqəlik kimi münasibət olmalıdır: “Ana öz qızının yanında onu etmək istədiklərinə məhdudlaşdıran bir şəxs yox, mehriban bir rəfiqəsi olaraq onun iç dünyasını, qəlb aləmini yaxından izləməlidir. Bu məsələlərdə hələ ki, ailələrin çoxunda arzu olunan vəziyyət yoxdur".

Son zamanlar fikir vərsək, görərik ki, boşanmaların da sayı artıb. Bu hal da bir çox ailələrdə o qədər gərgin vəziyyət yaradır ki, orad yaşı az olan qızlar, xüsusilə yeniyetmələr sanki evdən bezir və qaçmaq istəyirlər. Amma bir sıra ailələr də var ki, onlar arsında boşanma olmur, lakin evlərində çox gərgin bir mühit var -deyə Əhməd Qəşəmoğlu bildirib.  

Aqil Qarayev

Tarix: 24 avqust 2023
Baxış: 299

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş