Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ

İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Gender.az-ın məlumatına görə, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.
İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3, 12.1 341.1 və digər maddələrlə ittiham verilib.
Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanıdakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.\\Qafqazinfo

Tarix: 25 noyabr 2024
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş