Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Həddən artıq idmanla məşğul olmaq ürəyə ziyandır - TƏDQİQAT

Piylənmə, 2-ci tip şəkərli diabet, hipertoniya, infarkt, iflic kimi bir çox xəstəliyin qarşısını almaq üçün tövsiyə edilən həddindən artıq fiziki fəaliyyətin koronar damarlarda kalsium yığılmasını artıra biləcəyi ortaya çıxıb.
“Heart” tibb jurnalında dərc olunan araşdırma Koreyada yaşı 18-dən yuxarı olan 25 485 kişi və qadın üzərində aparılıb.
Başlanğıcda ürək-damar xəstəliyi olmayan iştirakçıların şəxsi və ailəvi xəstəlik tarixçəsi, siqaret-spirtdən istifadə, təhsil səviyyəsi və nə qədər fiziki fəaliyyətlə məşğul olduqları Beynəlxalq Fiziki Fəaliyyət anket forması ilə müəyyən edilib.
İştirakçılar fiziki fəaliyyət vəziyyətinə görə qeyri-aktiv (47 faiz), orta aktiv (38 faiz) və yüksək aktiv (15 faiz) olmaqla üç qrupa bölünüblər.
Tədqiqatçılar müəyyən ediblər ki, fiziki fəaliyyət mexaniki stress və koronar arteriyaların damar divarının zədələnməsi ilə koronar ateroskleroza səbəb ola bilər. Bunun səbəbi məşq zamanı artan qan təzyiqi, fizioloji reaksiyalar, paratiroid hormonunun səviyyəsinin artması, koronar hemodinamikanın dəyişməsi və iltihab hesab edilir.
Fiziki fəaliyyətin ürək-damar xəstəliklərinə faydası şübhəsizdir, lakin onun dərəcəsi haqqında dəqiq məlumat yoxdur.
Bir çox tibbi təlimatlar həftədə ən azı 150-300 dəqiqə orta intensivlikdə və ya 75-150 dəqiqə ekstremal aerob fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edir.
Bu tədqiqat fiziki fəaliyyətin özünün damarların kalsifikasiyası ilə əlaqəli olub-olmadığını qəti şəkildə göstərmir.
Mütəxəssislərin fikrincə, ağır idman deyil, davamlı fəaliyyət daha sağlamdır.

medicalmedia.az 

Tarix: 12 iyun 2023
Baxış: 210

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş