Xəbər lenti
Reklam
Kəlbəcərə ilk köçdə getmək istəyənlər hara müraciət etməlidir? – RƏSMİ AÇIQLAMA

Azad olunan ərazilərə Böyük Qayıdış davam edir. Minalardan təmizləmə prosesi də öz axarındadır. Bu səbəbdən köçürülmə prosesi planlı şəkildə reallaşdırılır.
“Böyük Qayıdış”ı səbirsizliklə gözləyənlər sırasında Kəlbəcər sakinləri də var. Onlar arasında köçdə ilk siyahıda olmağı gözləyənlərin də sayı az deyil.
Bəs, Kəlbəcərə ilk köçdə getmək üçün imtiyazlı şəxslər (Şəhid ailələri, müharibə iştirakçıları və.s) hara müraciət edə bilərlər?
Mövzunun aktuallığını nəzərə alaraq Viral.Az Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sual ünvanladı.
Qurumdan sualımıza cavab olaraq bildirildi ki, həmin şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edə bilərlər.

Tarix: 08 may 2024
Baxış: 66

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş