Balıq və qurbağa yağışları haqqında eşitmisinizmi? Sizə nə qədər qəribə və qeyri-adi görünsə də tamamilə real faktdır.Bu təbiət hadisəsi adətən çaylarda olan balıqları udaraq onları fırtınalı hesab edilən buluda daşıyan kiçik tornadolar tərəfindən yaranmasına səbəb olur. Fırtına baş verdiyi zaman, qasırğa bu buludun içinə girən bütün balıqları yağış şəklində boşaldır.
Qasırğalar zamanı fırtına burulğanlar əmələ gəlməsinə və heyvanların tələyə düşməsinə səbəb olur, daha sonra tornado effekti ilə səmaya qaldırılır. Sonra isə yağış formasında yerə səpələnirlər. Bəzən balıqların çoxu bu hadisədən sağ çıxa bilmirlər. Çırpılmalara baxmayaraq, isə əksər balıqlar yara almadan sağ qalmağı bacarır.
Qeyd edək ki, təkcə balıq yağışları deyil, həm də qurbağalar və ilan yağışları da mümkündür.
2007-ci ildə Alikantedə (İspaniya əyaləti) baş vermiş qurbağa, 1877-ci ildə Memfisdə ilan yağışı və 1953-cü ildə Massaçusetsdə qurbağa yağışı baş versə də, balıq yağışları daha yayğındır.Belə ki, Hondurasda hər il balıq yağışı baş verir. Hətta bəzi insanlar artıq bunu Honduras xalqının bir ənənəsi kimi qəbul ediblər.
1998-ci ildən Hondurasda "Balıq yağışı festivalı"nın qeyd olunmasına başlanılıb.Hər il səmada buludlar qaralmağa başlayır, ardınca çox güclü küləklər, ildırım və şimşək çaxır və balıq yağışı başlayır.
Yağışlar 2, maksimum 3 saat davam edir. Evdə qalan sakinlər yağış bitdikdən sonra küçəyə çıxır və yüzlərlə sağ qalan balıqları bişirmək üçün toplayır. \\Sfera.az