Xəbər lenti
Reklam
"Əhməd haradadır?"ın aktyorları 59 il sonra - Foto

1963-cü ildə lentə alınan "Əhməd haradadır?" filmində rol alan aktyorlar - Əməkdar artist Elxan Qasımov və gürcü aktrisa Nonna Paçuaşvili 59 ildən sonra bir araya gəlib.
Bu barədə jurnalist Vasif Ayan sosial şəbəkə hesabında yazıb. O, fotonun ötən gün çəkildiyini bildirib:
"Əhməd haradadır?" (1963) filminin qəhrəmanlarığ 59 il sonra bir yerdə və mən də bu anlara canlı şahidlik edirəm! Elxan Qasımov və Nonna Paçuaşvili ilə".
Qeyd edək ki, ekran işində E.Qasımov sürücü Əhmədi, N.Paçuaşvili isə Ceyran obrazını canlandırıb. \\Axşam.az
Tarix: 15 oktyabr 2022
Baxış: 1 091

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş