Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Nəsimi, Beyrək, Babək, Hüseyn Cavidə əbədiyyət qazandıran sənətkar - Rasim Balayevin ad günüdür – VİDEO

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, Prezident təqaüdçüsü, Şöhrət ordenli Rasim Balayevin dünyaya göz açdığı gündür, 74 yaşı tamam olur.
Azərbaycan kinosunda öz dəst-xəttinə malik olan, yaratdığı qəhrəman obrazlar silsiləsi ilə güclü təsirə malik söz deyən, azərbaycançılıq ideologiyasından çıxış edərək vətən, torpaq, millət sevgsisini təbliğ etməklə gənc nəsilə vətənpərvərlik ruhu aşılayan, Həsən Seyidbəyli,  Anar, Tofiq Tağızadə, Eldar Quliyev, Ənvər Məmmədxanlı, İsa Hüseynov və b. ustadlarla əməkdaşlıq edərək dəyərli sənər nümunələri yaradan Rasim Balayev üçün kino sənəti daima zirvə hesab olunub. Və zirvə olunmaqla yanaşı, ümumiyyətlə sənət və sənətkarlıqda bir çox keyfiyyətlərin – təcrübənin, düşüncənin müdrikliyin, təqlid etmədən öz yolunu tapmanın ən önəmlisi isə yüksək əxlaqi keyfiyyətin birləşməsi vacib amillərdən biri hesab edib.
Bu vacib keyfiyyətləri onun kinoda yaratdığı obrazlar qalereyasında – Nəsimidə, Beyrəkdə, Babəkdə, Hüseyn Caviddə və daha onlarla obrazlarda görmək mümkündür. Belə rolların seçimi sadəcə özünə aid deyildi, eyni zamanda darmaturqların, rejissorların onu bütün bu gözəl keyfiyyətlərilə tanıdığından xəbər verirdi.


Nəsimi filmi- Nəsimi İslam haqqında/Əmir Teymurla söhbət
…İlk dəfə “Ulduzlar sönmür” əsərində kiçik bir rolda tamaşaçıların görüşünə gələn, diqqəti çəkməyən rolda aktyorun söz demək, özünü tam olaraq göstərmək imkanları az olsa da, məhz Həsən Seyidbəyli kimi kinorejissor dərin mənalı baxışlara malik, yaraşıqlı bu gəncin daxilini görür və daxili potensialını üzə çıxarmaq üçün onu Nəsimi kimi Azərbaycan  üçün önəmli olan bir şəxsiyyətin portret obrazına çəkir. Bu sadəcə bir seçim deyildi, həm də talenin, qismətin Rasim Balayev üçün hazırladığı çətin və məsuliyyətli bir yolun başlanğıcımda atacağı ilk addım idi.
Nəsimi obrazında milyonların sevgisini qazanan aktyor sonralar bütün rejissorların diqqətində dayanır və ardı-arası kəsilmədən müxtəlif janrlı filmlərdə əsasən müxtəlif xarakterli obrazlara imza atır. Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, Özbəkistanda, Moskvada, Gürcüstanda filmlərə dəvət alaraq bir-birindən maraqlı rollar yaradır.
O, yalnız müsbət qəhrəmanı deyil, həm də cəmiyyətdəki mənfi tipləri yaratmaqla tamaşaçı auditoriyasını düşündürmə gücünü göstərdi. Yuxarıda sadaladığımız müsbət qəhrəman obrazlarından sonra Rasim Ocaqovun quruluşunda çəkilən “Həm ticarət, həm ziyarət” filmində Davud rolunu oynamağı, tamaşaçıda nifrət hissini yaratmağı elə Rasim Balayev bacarardı və bunu etdi də…
Rasim Balayevin yaradıcılığı sadəcə aktyorluqla məhdudlaşmadı, Azərbaycan Kinematoqrafçılar İttifaqında fəaliyyətinə davam etdi. İttifaqın I katibi olaraq həyata keçirilən onlarla layihələrdə, tədbirlərdə, kinematoqrafçılar üçün hazırlanan proqramların həyata keçirilməsində böyük rol oynadı.
Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun dünyasını dəyişməsindən sonra Rasim  Balayevin yeganə namizəd olaraq 11 may 2022-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin keçirdiyi iclasda sədr seçilməsi heç də təsadüf ola bilməzdi.
Bəzən deyirik ki, həyat sürprizlərlə doludur,  bəlkə də  bu o qədər də doğru kəlimə deyil, çünki həyatın öz ahəngi, öz sərt qanunları var. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi olaraq önəmli layihələrə imza atmış Rasim Balayevin sədr seçilməsi və onun AKİ sədri olmasını sadəcə kinmetoqrafçılar deyil, xalqımız tərəfindən böyük sevgiylə dəstəklənməsi onun ömür yoluna yazılmış yeni bir mərhələdir.
“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam” deyən sənətkarı, xalqın sevgisini oydağı qəhrəman obrazları ilə yanaşı, yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə qazanmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
 
Həmidə Rasimqızı

Redaktor.az

Tarix: 08 avqust 2022
Baxış: 1 403

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş