Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Şou proqramlarda imkansızlar üçün yığılan milyonları kim mənimsəyir? – Faktların ETİRAFI

Son günlər sosial şəbəkədə ən çox müzakirə olunan məsələlərdən biri də Azad Azərbaycan telekanalında yayımlanan “Bizimləsən” layihəsi və aparıcı Zaur Baxşəliyevdir. Belə ki, verilişə müraciət edən Rəmziyyə Cəfərova adlı qadın iddia edib ki, övladının əməliyyatı üçün 75 min manat lazım olsa da Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyi tapşırıb.
Lakin yardım üçün yığılan 180 min manat sonradan ailəyə çatmayıb. Qəribə burasıdır ki, artıq bir müddətdir ki, bu məsələ gündəmdədir. Lakin, nə televiziya kanalı, nə də ki, Zaur Baxşəliyev deyilənlərə heç bir münasibət bildirməyib. Bu isə ən azından ictimai rəyə hörmətsizlikdir. İddiaçının dedikləri hüquqi məsuliyyət yaradır.
Hüquqi prizmadan baxanda bu cinayətdir. Ortada iddiaçı var. Və söhbət 180 min manatdan gedir. Əgər bu iddia doğrulansa deməli Zaur Baxşəliyev təkcə son ümid yeri kimi ona üz tutan Rəmziyyə Səfərovanı deyil, televiziyadan elan olunan hesaba pul köçürən çoxsayı insanları dolandırıb. Bu isə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə hüquqi məsuliyyət yaradır. 

Təəssüf ki, bu gün bəzi televiziyalar öz təməl prinsiplərindən sarparaq özfəaliyyətlə məşğul olur. Özfəaliyyətsə jurnalistika deyil. Ən yaxşı halda şoudur. Və nə yazıq ki, yuxarıda adı çəkilən və adı çəkilməyən bəzi televiziyalar kimlərinsə faciəsi üzərində şou qurur.

Üstəlik, bu şoularda çox böyük pullar fırlanır. Axı, hansısa xəstənin harada və hansı qiymətə müalicə edilməsini müəyyən etmək jurnalistin və yaxud aparıcın işi deyil. Aparıcı ən yaxşı halda kiminsə problemini ictimailəşdirə bilər. Amma hansısa bankda xüsusi hesablar açıb ora külli miqdarda böyük pullar toplamaq və həmin pulları hansısa yolla xaricə çıxarmaq jurnalistikaya aid olmayan məsələdir.  
“Bizimləsən” və “Səni axtarıram” verilişlərinin hər birində yığılan 1 milyon manat vəsait necə oldu?

Məsələn, bu ilin aprelində “Bizimləsən” verilişində körpə Amil üçün kampaniya keçirildi. Onun hesabına nə az, nə çox düz 1 milyon manat vəsait yığıldı. Amma sonradan Amilin müalicə olunub-olunmaması barədə heç bir məlumat verilmədi.

Ən qəribə burasıdır ki, verilişin anonsunda deyilir ki, Amilin müalicəsi ancaq ABŞ-da mümkündür. Və bu müalicəyə nə az, nə çox düz 3 milyon manat pul lazımdır. Maraqlı da elə burasıdır. Əgər xəstənin müalicəsinə 3 milyon lazımdırsa, niyə 1 milyon yığıldı? Bəs qalan 2 milyonu kim ödədi?
Təbii ki, məsələyə diqqətlə yanaşanda “xoruzun quyruğu” açıq-aydın görünür. Çox qəribədir ki, 10 min dollardan artıq vəsaitin xaricə göndərilməsində xeyli prodsedurlar var. Bəs 1 milyon manat ölkədən necə çıxarılır? Üstəlik, 3 milyona hansısa əməlyyatın keçirilməsi heç də inandırıcı görünmür. Hələ bu harasıdır... 

“Bizimləsən” verilişi ilə paralel yayımlanan “Səni axtarıram” verilişi də eyni vaxtda kompaniya keçirdi. 10 xəstə üçün 1 milyon vəsait toplandı. Bu vəsait və həmin uşaqlar necə oldu bilmirik. Amma bildiyimiz odur ki, 10 uşağın hər birinin müalicəsi 100 min manat ola bilməz. Axı, bu nə məsələdir ki, müxtəlif xəstəliklər hamısı eyni qiymətə müalicə olunur. Özü də düz 100 min manata. Ən qəribəsi də odur ki, müalicələrin hamısı xarici ölkələrdə aparılır.

“Faiz məsələsi həqiqətən də var”

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən “Space” televiziyasının aparıcısı Amil Xəlil deyir ki, “həmkarlarım”ın bir xasiyyətləri var. Tanıdıqları adamla iş görmürlər. Həmin adamların çevrəsində kifayət qədər köməyə ehtiyacı olan adamlar var:

“Məsələn, hansısa operator olsun, rejissor olsun, lap elə mantajyor olsun durub deyə bilməz ki, “filan veriişə hansısa qohumumu çıxartdım, onun müalicəsinə kömək olundu”. Bunu heç kim deyə bilməz. Həmin aparıcılar qurbanlıqlarını seçirlər, aylarla onları qapıda yatızdırırlar və əmin olan da ki, onların heç kimi yoxdur. Məhz bundan sonra başlayırlar onlarla bazarlıq etməyə”.

Tanınmış aparıcı əlavə edib ki, mən qazilərin SMS xidmətini efirdə təqdim edəndə heç kəs bunu etmirdi. Niyə heç bir kanal indi demir ki, “Yaşat” fondu var, SMS göndərməklə qazilərə yardım edə bilərsiniz:

“Mənim verilişimdən də yüksək reytinqli verilişlər var, niyə biri demir ki, gündə qazilərin biri intihar edir, gəlin, onlara yardım edək? Faiz məsələsi isə həqiqətən var. Deyirlər ki, “ver faizimi, çıx efirə”.

Artıq tamaşaçı ayılmalıdır. Mənim gözümün qabağında hələ də “YouTube”dan keçmiş xəstələr üçün pullar yığılır.

Mən 12 ildir televiziyadayam, 3 il bundan əvvəl gələn aparıcının altında 70 minlik maşın var. Elə sosial layihələr var ki, 400 manatdan aşağı adamı efirə çıxarmırlar. Mən artıq bunu deməliyəm, deyirlər ki. 400 manat ver sənin məsələni ictimailəşdirık. Biz 1 manat belə almadan insanları efirə çıxarırıq. Bir nəfər çıxıb deyə bilməz ki, Amil məndən pul alıb efirə çıxartdı”.
Qaldırılan iddialarla bağlı həm Zaur Baxəliyev, həm də Xoşqədəm Hidayətqızı ilə dəfələrlə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Tərəflərin fikirlərini işıqlandırmağa hazırıq.\\Bizim.media

Tarix: 05 iyul 2022
Baxış: 1 638

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş