Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Dərslər sentyabrın 15-i başlasın: “Bu, dəyişiklik təhsildə xaos yaradıb” - EKSPERTLƏR

“Dərs ilinin başlanma vaxtının 15 gün irəli çəkilməsinin təhsilin keyfiyyətinə müsbət təsirindən çox mənfi təsirləri olub”

"Əvəllər ölkənin orta ümumtəhsil məktəblərində dərslər sentyabrın 1-də başlayır, may ayının 25-i yekunlaşırdı. Lakin Azərbaycan 2004-cü ildə Avropa təhsil sisteminə inteqrasiya etdikdən sonra dərslərin sentyabrın 15-i başlanılması və iyun ayının 14-nə qədər aparılması əsas götürüldü. Bildiyimiz kimi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlar kurikulum əsasında götürüldüyü üçün vaxt alır. Dərslər sentyabrın əvvəlinə keçirilərsə, o zaman gərək, imtahanlar yanvar ayına təyin olunsun. Bu da təbii ki, qeyri-mümkündür”.




Bu fikirləri Bakupos­t.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.



O hesab edir ki, hazırda təhsillə bağlı heç bir vaxt dəyişikliyi etmək zərurəti yoxdur: “Ümumilikdə bunların hər biri bir­birinə zəncirvarı bağlıdır. Bu səbəbdən də tədris ilinin başlanma vaxtının dəyişdirilməsinə ehtiyac yoxdur. Yoxsa sistem pozular və uşaqlar bundan ancaq əziyyət çəkərlər”.


Təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, dərs ilinin başlanma vaxtının 15 gün irəli çəkilməsinin təhsilin keyfiyyətinə müsbət təsirindən çox mənfi təsirləri olub. Buna görə də o, dərslərin sentyabrın 1-dən başlanması təklifini dəstəkləyir:



“Tədris ilinə sentyabrın 1-dən başlanılması Sovet dövründən qalma ənənə hesab olunduğu üçün dəyişdirildi. Ancaq bunu o dövrün ənənəsi hesab edib dəyişmək doğru qərar deyil. Bu qərar verildikdə 5 min vətəndaş petisiya imzalayaraq, dərslərin sentyabrın 15-də keçirilməsinə qarşı çıxdı. Ancaq nəticə olmadı. Bu illər ərzində biz bu dəyişikliklə elə bir nailiyyət də əldə etmədik, şagirdlərin dərs yükü də azalmadı. May ayının sonlarından etibarən istilər düşür və şagirdlər də dərsə getmirlər. Dərs proqramı da başa çatdığından, məktəblər boş qalır. Deməli, boş yerə müəllimlər əziyyət çəkib dərsə gəlirlər".


N. İsrafilov vurğulayıb ki, dərslərin iyunun 15-də başa çatması Dövlət İmtahan Mərkəzinin də imtahan qrafikinə öz mənfi təsirini göstərir:



"Dövlət İmthahan Mərkəzi də dərs ili başa çatmamış qəbul imtahanı keçirir. DİM-dən də hər dəf deyilir ki, keçirilməmiş proqram imtahana salınmır, insanlar buna inanmırlar, narazılıq, gərginlik yaranır. Bu səbəbdən də Təhsil Nazirliyinin dərs ilinin başlanma və başa çatma vaxtının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə təklif verməlidır. Dərslər sentyabrın 15-i yox 1-i başlamalıdır”.


Sevinc

Tarix: 30 iyun 2022
Baxış: 1 375

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş