Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Dərslər sentyabrın 1-i başlamalıdır" - Deputat

“Kim nə deyir desin, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır”.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Millət vəkilinin fikrincə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşlqlıq yaratmaq üçün verilib.
“Məhz bu qərara görə, Azərbaycanda bütün tədris planı allaq-bullaq olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur. AZAL da təqribən bu qafa ilə biletə qiyməti yükləyir. Heç bir dəfə bu hərəkətin ağlabatan əsaslandırmasını eşitdinizmi? Burada da eyni qafa. Hava belə oldu, günəş elə getdi, külək belə əsdi – bunun modern binanın içindəki təhsilə nə dəxli? Günəş çox şüa yollasa məktəb pəncərələrinin jalüzlərini aşağı salın, vəssəlam. Jalüz yoxdursa valideynlərə deyin pul yığıb düzəltsinlər. Müəllimlər də iyun ayının 15-dək olan mənasız uzatmalardan beziblər. Müzakirəyə çıxarın görək neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin? Mən tam əminliklə söyləyirəm, dərsləri sentyabrın 1-dən başlamaq qərarı verilsin, tədrisin keyfiyyətinə dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir”, – deyə F.Mustafa qeyd edib.
Deputat bildirib ki, dərslər sentyabrın 1-i başlamalıdır! \\Konkret

Tarix: 20 iyun 2022
Baxış: 1 766

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş