Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Universitetdə müzakirələrə səbəb olan ilan elanı ilə bağlı AÇIQLAMA - FOTO

Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan Mühəndislik Universitetinin həyətində ilanların olması ilə bağlı məlumat paylaşılıb. Bu gün isə ali təhsil ocağının həyətində yerləşən ağaca yapışdırılan elan diqqət çəkib.
Elanda ilan şəkli yer alıb və "Ehtiyatlı olun" deyə xəbərdarlıq edilib.
Universitetin mətbuat katibi Elman Babayev bildirib:
"Universitet rəhbərliyi aiddiyyəti üzrə Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət edib. Bu gün universitetin bütün ərazisi dərmanlanıb, ilanlara qarşı tədbir görülüb"  
Ağaca yapışdırılmış elanla bağlı E. Babayev qeyd edib ki, dərmanlanma işi aparıldığı üçün universitet bağlı olub:
"Şəklin kim tərəfindən yapışdırıldığından xəbərim yoxdur".

Məqaləyə dair fotomateriallar:


 
Qafqazinfo
Tarix: 11 iyun 2022
Baxış: 562

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş