Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Müğənni olmaq üçün 12.000 manatından oldu — Falçılıqdan istifadə edənləri hansı cəzalar gözləyir?

Paytaxtda vətəndaşlardan biri müğənni olmaq üçün falçıya 12.000 manat pul verib. Falçının daha sonra dələduz olduğu ortaya çıxıb. Qanunla dələduzluq edənləri hansı cəzalar gözləyir?
Vəkil Emil Aslanov Demokrat.az-a açıqlamasında bildirib ki, şəxsin külli miqdarda pulu mənimsənildiyi üçün qarşı tərəf cinayət məsuliyyəti daşıyır:



"Beş min manatdan əlli min manatadək edilən dələduzluq Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunur. 
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə;
1000 manatdan 2000 manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər cəzası gözləyir.  Eyni zamanda həmin şəxslər  iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Əfsanə Kamal
Tarix: 13 yanvar 2025
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş