Xəbər lenti
Reklam
Toyda məhkəmə katibini döyən polis işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, iyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində rayon məhkəməsinin katibi Yaşar Cəbiyevlə rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Kərimov arasında münaqişə baş verib. 
Gender.az xəbər verir ki, bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu məsələ dərhal DİN tərəfindən nəzarətə götürülməklə xidməti yoxlamalara başlanılıb:
“Polis kapitanı V.Kərimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Hazırda araşdırmalar davam etdirilir”.

Tarix: 07 iyun 2022
Baxış: 369

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş