Həyəcan təbili: Şagirdlər arasında "patı"dan istifadə artıb
“Çox təəssüf ki, bu gün Bakı və şəhərətrafı məktəblərin yuxarı sinif şagirdləri arasında narkotik vasitələrdən istifadə halları mövcuddur. Xüsusən də “patı”dan istifadə xeyli artıb. Əksər hallarda məktəb və valideynlər tərəfindən bu kimi hallar gizlədilir, ört-basdır edilir. Bu səbəbdən də şagirdlər arasında narkotik vasitələrdən istifadə halları artır, bunun qarşısını almaq da çətinləşir”.
Gender.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Ekspert bildirib ki, Daxili İşlər Nazirliyinin rayon polis idarələrində yetkinlik yaşına çatmayanlarla iş şöbələri var. Son vaxtlar qanunvericilikdə aparılan bir sıra dəyişikliklər bu şöbələrin səlahiyyətlərini məhdudlaşdırıb. Bu səbəbdən də şöbə tərəfindən bir çox hallarda məsələyə müdaxilə edilə bilmir:
“Şagirdlər arasında narkotik vasitələrdən istifadə hallarının qarşısını almaq üçün rayon polis idarələrinin yetkinlik yaşına çatmayanlarla iş şöbələrinə bir sıra səlahiyyətlər verilməlidir. Həmçinin şagirdlər arasında narkotik əleyhinə ciddi maarifləndirmə işləri aparılmalıdır. Məktəblər polis idarələri arasında əməkdaşlıq əlaqələri gücləndirilməlidir. Şagirdləri narkotik təhlükəsindən qorumaq üçün daha ciddi və təxirəsalınmaz tədbirlər görülməlidir”.
Tarix: 20 may 2022
Baxış: 883
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş