Ərdoğan bir milyon qaçqınla bağlı yeni layihəsini AÇIQLADI
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan suriyalıların könüllü şəkildə ölkələrinə qaytarılması üçün planlaşdırılan layihəni açıqlayıb.
O, qeyd edib ki, Türkiyə nəinki suriyalı qaçqınlara qapılarını açıb, həm də onların evlərinə qayıtmaları üçün əlindən gələni edib:
“Türkiyənin Suriyadakı faciə ilə əlaqədar sərhədyanı əməliyyatlara başladığı 2016-cı ildən bu yana təxminən 500 min suriyalı təhlükəsiz bölgələrə qayıdıb. Biz bunu könüllü qayıdış layihələri ilə dəstəkləyirik. İndi biz bir milyon suriyalı qardaşımızın könüllü geri qayıtmasını təmin edəcək yeni layihənin hazırlanması mərhələsindəyik”. \\32gun.az
Tarix: 03 may 2022
Baxış: 142
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş