Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Zaxarovanın mesajı Azərbaycan üçün yaxşı xəbər deyil:“Prosesi uzatmaq istəyi...”

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq keçirib. O qeyd edib ki, yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü keçiriləcək, həmçinin bu həftənin sonunadək Xarici İşlər Nazirliyinin xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır:

“Nəticə verən formatlarda görülən real iş göz qabağındadır. Biz mövcud olan formatlarda qalırıq. Biz real nəticə verən sənədlərin formatlarına və həyata keçirilməsinə əhəmiyyət veririk. Bu nəticəni mülki şəxslər, təsərrüfat subyektləri, bütövlükdə region hiss edir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vasitəçiliyi və təşəbbüsü ilə baş tutan görüşündən sonra Rusiyanın bu yöndə fəallığı artıb.



Mövcud duruma dair fikirlərini "Sherg.az"la bölüşən politoloq Əhəd Məmmədli Rusiyanın görüşlərinin intensivləşməsinin mahiyyətini açıqlayıb:

"Brüssel görüşü ruslarda ciddi narahatlıq doğurub. Həmin toplantıda Paşinyan pozitif fikirlər səsləndirmişdi. Amma Moskvaya gedib gələndən sonra əvvəlki vəziyyətinə, Şuşada yallı oynadığı vaxtlara qayıtdı. 

Rusiya Avropanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər. Guya, danışıqlar adı ilə İrəvan və Bakı ilə təmas qurub, təyziqləri artırırlar. İrəvanın yenidən ipə-sapa yatmayan mövqeyini görməliyik. 

Azərbaycan üçün yaxşı xəbər deyil. Rəsmi Moskvanın sülh müqaviləsinin bağlanması əvəzinə tərəflər arasındakı münaqişəni yenidən dondurub, uzatmaq istəyi var"

Tarix: 28 aprel 2022
Baxış: 134

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş