Səhiyyə nazirindən əhaliyə maska ilə bağlı ÇAĞIRIŞ
"Mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maska tələbi ləğv edilir. Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari vəziyyətdən asılıdır".
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
“Əhalini ayıq-sayıq olmağa çağırıram. Yəni kütləvi tədbirlər zamanı, insanların çox olduğu yerlərdə, qapalı məkanlarda ehtiyatlı davranmağı və maska taxmağı unutmamalarını tövsiyə edirik. Təbii ki, bu, mütləq deyil. Digər məhdudiyyətlərə gəlincə, bunu cari epidemioloji vəziyyət göstərəcək”, - deyə nazir əlavə edib. \\Gundem.az
Tarix: 27 aprel 2022
Baxış: 167
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş