Sabah Ramazan ayının 26-cı günüdür.
Gender.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 27-də imsak vaxtı saat 04:12-də, iftar vaxtı isə 19:46-dadır.
İMSAK DUASI:
“İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”
İFTAR DUASI:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!