Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
“WhatsApp” bu tarixdən ÖDƏNİŞLİ OLACAQ

Mayın 15-dən “WhatsApp”ın biznes hesablarının sahibləri istədikləri təqdirdə ödənişli abunəyə qoşula biləcəklər.
Ödənişli abunəliyin üstünlüyü ondan ibarətdir ki, "Əlaqələndirilmiş cihazlar" bölməsində bir hesaba 10-a qədər cihaz qoşula biləcək.
Hazırda isə biznes hesabına maksimum 4 cihaz qoşula bilər.
“WhatsApp” tərtibatçıları iddia edir ki, yenilik müştərilərə xidmətin keyfiyyətini və sürətini artırmaq məqsədi daşıyır.
Hazırda abunənin qiyməti və şərtləri barədə məlumat açıqlanmayıb. Çox güman ki, ödənişli abunə bir sıra digər funksiyaları da əhatə edəcək.
Adi “WhatsApp” istifadəçilərinə gəlincə, onlar üçün heç nə dəyişməyəcək. \\Lent.az

Tarix: 26 aprel 2022
Baxış: 128

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş