Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
"Kupça"sız mənzillərə vergi ödənilməlidir? – VİDEO

Çıxarışı olmayan mənzillərə əmlak vergisı ödənişi üçün bildiriş göndərilib.
Bildiriş Abşeron rayonunun Xırdalan şəhərindək yaşayış komleklərindən birindəki sakinlərə göndərilib.
Bələdiyyənin göndərdiyi sənəddə nə qədər vergi ödənilməli olduğu bildirilməsə də, fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlaka görə ildə bir dəfə əmlak vergisi ödənilməli olduğu qeyd edilib. Sakinlər isə bunun qanunsuz olduğunu iddia edirlər.
Məsələ ilə bağlı Xırdalan şəhər bələdiyyəsindən bildirilib ki, onların göndərdiyi bildirişlər tam qanunauyğundur.
Xırdalan bələdiyyəsindən o da deyilib ki, əgər vətəndaşların hər hansı bir şikayəti varsa, aidiyyəti üzrə məhkəməyə müarciət edə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xezerxeber.az


Tarix: 22 aprel 2022
Baxış: 138

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş