BMT baş katibindən Rusiya və Ukraynaya 4 günlük atəşkəs çağırışı
Ukraynada pravoslav xristianların Pasxa bayramını qeyd etməsi ilə əlaqədar aprelin 21-dən etibarən dörd gün müddətinə humanitar atəşkəsə çağırıram.
Bunu BMT baş katibi Antoniu Quterreş deyib.
"Bir sıra humanitar dəhlizlərin açılmasını təmin etmək üçün dörd günlük fasiləyə çağırıram", - Baş katib deyib.
Quterreş bildirib ki, Ukraynada Pasxa atəşkəsi olacağı təqdirdə BMT Mariupol, Xerson, Donetsk və Luqanska humanitar konvoylar göndərməyə hazırdır. \\Ölkə.az
Tarix: 19 aprel 2022
Baxış: 145
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş