Belarus şəkərin bir kiloqramının satış qiymətini 60 qəpik artırır
Belarusun şəkər istehsalçıları bu məhsulun Rusiyaya kütləvi daşınmasının mümkünlüyü səbəbindən 2016-cı ildən bəri dəyişməyən satış qiymətlərini artıracaq.
Bu barədə Belarusun “Belqospişeprom” konserninin məlumatında deyilir.
“Satış qiymətində cari dəyişiklik mövcud bazar konyukturu nəzərə alınmaqla görülən qabaqlayıcı tədbirdir. Rusiya ilə ikiqat qiymət fərqi fonunda şəkərin Belarusdan kənara kütləvi daşınmasının mümkünlüyü proqnozlaşdırılır”, - deyə konsernin sədri Oleq Jidkov bildirilib. Onun sözlərinə görə, konsernin əsas vəzifəsi ilk növbədə daxili bazarı ərzaqla təmin etməkdir: “Buna görə də biz bu gün daxili bazarı qorumaq üçün tədbirlər görməyə və məhsulun bir kiloqramının satış qiymətini 60 qəpik artırmağa məcburuq”.
Hazırda Belarusda dörd şəkər müəssisəsi fəaliyyət göstərir. Onların ümumi istehsalı təxminən gündə 4,8 min ton təşkil edir. Ölkənin pərakəndə ticarət şəbəkəsində bir kiloqram şəkər-qənd 1,77 Belarus rubluna satılır ki, bu da təxminən 50 rus rubluna ekvivalentdir. \\AZƏRTAC
Tarix: 15 aprel 2022
Baxış: 145
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş