Kralın vəziyyəti pisləşdi: Ərdoğanın səfəri təxirə salındı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il aprelin 11-nə planlaşdırılan səfəri təxirə salınıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfərin vaxtının təxirə salınmasına səbəb İordaniya Kralı II Abdullahın vəziyyətinin pisləşməsidir.
İordaniya kralı II Abdullah tibbi müayinədən keçmək üçün sabah Almaniyaya səfər edəcək.
Bu barədə isə kralın mətbuat xidməti məlumat yayıb.
Kralın müayinəsi Frankfurtdakı özəl klinikaların birində baş tutacaq.
İlkin məlumata görə, kral disk yırtığından əziyyət çəkir və əməliyyat oluna bilər. \\Ölkə.az
Tarix: 09 aprel 2022
Baxış: 131
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş