Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Azərbaycanda dollar bahalaşacaq? - Məzənnə ilə bağlı VACİB AÇIQLAMA

Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyat Sistemi dolların uçot dərəcəsini artırıb. 

Gender.az xəbər verir ki, dollar üzrə faiz dərəcələri 0,25 bənd artırılaraq 0,25-0,50 faiz aralığına çatdırılıb.

İqtisadçı-ekspert Turab Rzayev deyir ki, dollar üzrə faiz dərəcələrinin istənilən miqyasda artması inkişaf etmiş ölkələrin iqtisadiyyatına ciddi təsir edə bilər.  

Həmin ölkələrdə kütləvi işsizlik, xarici borcların artması, investisiya çatışmazlığı kimi problemlərin yaranması riski əmələ gəlir.  

Turab Rzayev bildirir ki, dolların uçot dərəcəsinin artması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Ekspertin sözlərinə görə, ölkəmizdə dolların məzənnəsində hələ ki, heç bir dəyişiklik gözlənilmir. 
Mövzu ilə bağlı “Xəzərxəbər”in materialını təqdim edirik: 

Tarix: 09 aprel 2022
Baxış: 150

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş