Redaktor seçimi
    ”Heydər Əliyev mənə dedi ki…” – Ermənistanın keçmiş baş nazirindən “kaş o vaxt razılaşaydıq” AÇIQLAMASI
Xəbər lenti
Reklam
Ceyhun Bayramov britaniyalı həmkarı ilə Brüssel görüşündən danışdı

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.
Gender.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Tarix: 08 aprel 2022
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş